patriotnews.az
http://patriotnews.az

Samuxda genişmiqyaslı qanvermə aksiyası keçirilib

Bu gün, 12:30 Baxılıb: 104

 

Aprelin 30-da Samux Rayon Mərkəzi Xəstəxanasında humanizm və həmrəylik nümunəsi olan qanvermə aksiyası təşkil edilib. Aksiya Samux Rayon İcra Hakimiyyətinin, Samux Rayon Mərkəzi Xəstəxanasının və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə həyata keçirilib.

Patriot News.az xəbər verir ki, Xeyriyyə məqsədi daşıyan aksiyada toplanan qan ehtiyatı hemofiliya və talassemiya xəstələri də daxil olmaqla, müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara tibbi yardım göstərmək üçün istifadə olunacaq. Bu təşəbbüs, cəmiyyətin sağlamlıq və rifahına verilən töhfənin bariz nümunəsidir.

Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, eləcə də rayon ictimaiyyətinin fəal üzvləri iştirak ediblər.

Aksiyada iştirak edən donorların sağlamlıq vəziyyəti Mərkəzi Qan Bankının xüsusi tibbi briqadası tərəfindən ilkin tibbi müayinədən keçirilib və yalnız müvafiq tibbi göstəricilərə cavab verən şəxslərdən qan götürülüb.

Qeyd edək ki, aksiyada 100-dən artıq könüllü iştirak edib. Belə tədbirlər, ictimai sağlamlığın qorunması və ehtiyac içində olan şəxslərə dəstək baxımından mühüm əhəmiyyət daşıyır və gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930