patriotnews.az
http://patriotnews.az

Azərbaycan və İordaniya Taekvondo Federasiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb

30-04-2025, 16:05 Baxılıb: 5

 

Azərbaycan Taekvondo Federasiyası ilə İordaniya Taekvondo Federasiyası arasında idman sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə yeni bir addım atılıb. Bu məqsədlə Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərovun İordaniyaya səfəri çərçivəsində iki ölkənin federasiya rəhbərləri arasında görüş keçirilib.

Görüşdə İordaniya Taekvondo Federasiyasının prezidenti, şahzadə Rəşid bin Əl Həsən və Kəmaləddin Heydərov taekvondonun hər iki ölkədəki inkişafı, bu sahədə həyata keçirilmiş layihələr və əldə olunan nailiyyətlər barədə fikir mübadiləsi aparıblar. Tərəflər taekvondonun kütləviliyinin artırılması, beynəlxalq arenada uğurların davamlılığının təmin olunması və idmanın bu növü üzrə müasir təcrübələrin paylaşılmasının vacibliyini vurğulayıblar.

Görüşün sonunda “Azərbaycan Taekvondo Federasiyası və İordaniya Taekvondo Federasiyası arasında taekvondonun inkişafı sahəsində əməkdaşlığın gücləndirilməsi haqqında Əməkdaşlıq Memorandumu” imzalanıb. Memorandum tərəflər arasında qarşılıqlı təlim-məşq toplanışlarının təşkili, seminarların keçirilməsi, idmançı və məşqçilərin təcrübə mübadiləsi, eyni zamanda müxtəlif birgə layihələrin icrasını nəzərdə tutur.

Bu təşəbbüs, iki ölkə arasında idman sahəsində əlaqələrin genişləndirilməsinə, xüsusilə taekvondo kimi dinamik və strateji əhəmiyyətə malik bir idman növünün inkişafına mühüm töhfə verəcək.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30