patriotnews.az
http://patriotnews.az

Özbəkistan hərbi qulluqçuları Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət ediblər

2-12-2024, 19:05 Baxılıb: 9

 

Özbəkistan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təhsil alan bir qrup zabit heyəti Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində  olublar. 
Azərbaycanın Özbəkistandakı hərbi attaşelik aparatının təşəbbüsü ilə keçirilən tədbirdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin mərkəzdəki büstü ziyarət olunub, Ulu Öndərin xatirəsinə ehtiram nümayiş etdirilib.
Sonra zabitlərə Özbəkistanda doğulan Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurov haqqında yazılmış kitab təqdim olunub. 
Tədbir çərçivəsində qonaqlar mərkəzdə yerləşən Heydər Əliyev Muzeyi, Azərbaycan Dövlətçilik tarixi Muzeyi və Azərbaycan-Özbəkistan Dostluq Muzeyi ilə tanış olublar.
Mərkəzlə tanışlıqdan sonra qonaqlara Azərbaycanla Özbəkistan arasındakı irsi, mədəni, iqtisadi əlaqələrdən və 44 günlük Vətən müharibəsindən bəhs edən qısametrajlı film nümayiş etdirilib.
Sonda milli rəqslərimizdən ibarət konsert proqramı təqdim olunub.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30