patriotnews.az
http://patriotnews.az

Azərbaycan futbolunun əfsanələrindən biri olan , həyatını futbolun inkişafına həsr edən veteran futbolçu Mübariz Hüseynov 71 yaşı tamam olur.

30-11-2024, 14:00 Baxılıb: 91

 

Hüseynov Mübariz Məmməd oğlu, 30 noyabr 1953-cü ildə Gəncə şəhərində anadan olub. 1962- ci ildə futbolda ilk addımlarını Gəncənin (Kirovabadın) "Dinamo" futbol komandasının hazırlıq qrupunda başlayıbdır.
1967-ci ildə Respublika "Sevinc" kubokunun qalibi və həmin ildə Rostov şəhərində keçirilən "Dəri top" SSRİ birinciliyinin bürünc mükafatçısı adına layiq görülübdür.
1972-1973- cü il illərdə Şərqi Almaniyada hərbi xidmətdə olarkən, müqavilə əsasında Almaniyanın "EMPO NOYSTRELİÇ" komandasında (II divizionda) oynayıbdır.
1974-1985 - ci illərdə
Gəncənin( Kirovabadın) "Dinamo" " Tərəqqi" , "Kəpəz " komandalarının şərəfini qoruyubdur.
Bu illər ərzində Mübariz Hüseynov rəsmi oyunlarda 200-dən artıq qapılara qol vurubdur.
1976-1978 - ci illərdə Azərbaycanın ən güclü 33 futbolçularından biri olubdur.
Futbolçu karyerasını bitirdikdən sonra, 1985-1990 cı illərdə İxtisaslaşdırılmış Futbol Məktəbinin direktoru, 1990- 2016 cı illərdə isə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsində təşkilat şöbəsinin rəisi vəzifəsində çalışıbdır.
2005-ci ildən bu günə kimi isə AFFA nümayəndəsidir.
Ali təhsillidir.
SSRİ İdman ustası, Azərbaycan Respublikasının əməkdar məşqçisi, Respublikanın Fəxri Bədən tərbiyəsi və İdman işçisi, Respublikanın Fəxri Bədən tərbiyəsi və İdman əlaçısı adlarına layiq görülübdür.
1978-1980 -ci illərdə Mübariz Hüseynov Uluöndərimiz Heydər Əliyev tərəfindən futbolda əldə etdiyi nailiyyətlərə görə "VAZ-2106" avtomobili və 2 otaqlı mənzil ilə mükafatlandırılıbdır.
Müəllif: Patriotnews.az saytının təsisçisi və baş redaktoru
Ceyhun Əliyev

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30