"Kəpəz" klubunun futbolçusu Elmir Tağıyev əməliyyat olunub.
Bu barədə məlumatı redaksiyamıza Gəncə təmsilçisinin mətbuat xidməti məlumat verib.
Qeyd olunub ki ,əməliyyat uğurla aparılıb. Elmir Tağıyevin bərpa müddəti 3 həftə çəkəcəyi bildirilir.
Futbolçuya əzələ qopması diaqnozu qoyulmuşdu.
Bir müddət əvvəl "Kəpəz"in digər üzvü İlkin Qırtımovda əməliyyat olunması barədə məlumat yayılmışdı. Allah hər ikisinə şəfa versin.