patriotnews.az
http://patriotnews.az

Suqovuşanda "Prezident Kuboku-2025" beynəlxalq turnirinə start verilir

Bu gün, 09:22 Baxılıb: 0

Suqovuşanda "Prezident Kuboku-2025" beynəlxalq turnirinə start verilir

Bu gün akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2025" beynəlxalq turnirinə start veriləcək.

"Report"un yarışa ezam olunan əməkdaşının məlumatına görə, reqatada 20 ölkədən 200-dən çox idmançı mübarizə aparacaq.

Turnir Qarabağın dilbər guşəsi olan Suqovuşanda başlayacaq. Burada ilk olaraq beynəlxalq reqatanın açılış mərasimi, ardınca 200 metr məsafəyə yarışlar baş tutacaq.

"Prezident Kuboku-2025" turnirinə Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan avarçəkənlər qatılıblar.

Qeyd edək ki, reqata mayın 1-2-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə mübarizə aparacaqlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930