patriotnews.az
http://patriotnews.az

“Şahin” hərbi-idman oyunu üzrə qaliblər müəyyənləşib

Bu gün, 13:00 Baxılıb: 4



23 aprel 2025-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Gəncə şəhərində yerləşən N saylı hərbi hissəsində “Şahin” hərbi-idman oyununun VIII zona mərhələsi keçirilib.

Patriot News . az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təsdiqlədiyi Əsasnaməyə uyğun olaraq keçirilən yarışda Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonlarının şəhər (rayon) mərhələsində qalib gəlmiş komandaları iştirak ediblər.

Tədbirdə çıxış edənlər “Şahin” hərbi-idman oyunlarının gənclərdə vətənpərvərlik hisslərinin aşılanması və hərbi xidmətə hazırlığın təşviq olunması baxımından əhəmiyyətini xüsusi vurğulayıblar.

Zona mərhələsinin yekununa əsasən, Samux rayonu üzrə ümumi təhsil müəssisələrinin şagirdlərindən ibarət “Samux” komandası birinci yerə layiq görülüb və “Şahin” hərbi-idman oyununun respublika final mərhələsində iştirak etmək hüququ qazanıb.

“Şahin” hərbi-idman oyunu üzrə qaliblər müəyyənləşib










Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930