patriotnews.az
http://patriotnews.az

Gəncə şəhər Birləşmiş xəstəxanasının nəzdində olan Uşaq xəstəxanasında müalicə alan bir ay yarımlıq körpə tamamilə sağalaraq evinə yola salınıb

19-12-2024, 15:07 Baxılıb: 81

 

Patriot News.az-ın bölgə müxbiri xəbər verir ki , Şəmkir sakini Abdullayev Əfəndi Şərəfxan oğlu dekabr ayının 6-da ikitərəfli pnevmoniya, tənəffüs çatışmazlığı diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq xəstəxanasına gətirilib. Yeni doğulmuşlar şöbəsinə yerləşdirilən bir ay yarımlıq yarımçıq doğulmuş körpəni xəstəxananın həkim-pediatrı Kəmalə Zeynalova müayinə və müalicə edib. 13 gün davam edən müalicə sayəsində Ə.Abdullayev sağlamlığına qovuşaraq ailəsinin yanına qayıdıb. 

Körpənin valideynləri övladlarına göstərdiyi xidmətə görə Uşaq xəstəxanasının rəhbərinə və tibb heyətinə təşəkkürünü bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30