Azərbaycan Respublikasi Qarabağ Qaziləri Birliyinin Sabunçu rayon filalının üzvü Qazi Rəis Əlisa oğlu Mürsəlov vəfat edib
Qazi Rəis Mürsəlov 1966 - cı il aprelin 1 - də Lerik rayonu Livədirgə kəndində anadan olub. Birinci Qarabağ müharibəsi zamanı ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. Rəis Mürsəlov Füzuli rayonunda gedən döyüşlərdə bir ayağını itirib. Bu gün Novxanı kəndində torpağa tapşırıldı.Dəfn mərasimi "Qarabağ qaziləri" birliyi tərəfindən təşkil edilib. Mərasim son vaxtlar ənənə halını almış şəkildə keçirilib. Belə ki, qazinin tabutu üzərinə sərilmiş üçrəngli bayrağımız dəfndən sonra onun övladına təqdim edilib. Mərasimdə birliyin sədri Asəf Əliyev başda olmaqla qazilər iştirak etdi. Asəf Əliyev çıxış edərək qazinin keçdiyi döyüş yolundan, Qarabağda bir ayağını itirməsindən, çəkdiyi əziyyətlərdən, aktiv ictimai fəaliyyətindən danışdı. Sonra bayrağı qazinin övladına təqdim etdi", -
Ailəli idi. İki övladı var.