Samux Rayon İcra Hakimiyyətində Azərbaycan Uşaqlarının VI Ümumrespublika Formunda rayonumuzu təmsil edəcək uşaqlara görüş keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqların ictimai fəallığının artırılması və dövlət siyasətinin həyata keçirilməsində onların aktiv iştirakının təmin edilməsi, həmçinin ictimaiyyətin diqqətinin uşaq hüquqlarının qorunmasına yönəldilməsi məqsədilə 5 dekabr 2024-cü il tarixində Bakı şəhərində keçiriləcək “Uşaqlar və ekologiya” adlı Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda Samux rayonunu təmsil edəcək uşaqlarla görüş keçirilib, iştirakçı vərəqələri və yaddaş kitabçaları təqdim olunub
Forumda Samux rayonunu, Samux şəhər S.Əliyev adına 2 saylı tam orta məktəbin şagirdi Nazxanım Hüseynova və Samux şəhər M.Ə.Sabir adına 1 saylı məktəb liseyn şagirdi Mələkxanım Yusifzadə təmsil edəcəklər.