HƏMAS daha 3 girovu azad etdi
Bu barədə məlumatı İsrailin Müdafiə Ordusu yayıb.
Bildirilib ki, hazırda girovlar israilli hərbçilərə tərəf aparılır. Onlar 52 yaşlı Eli Şarabi, 56 yaşlı Ohad Ben-Ami və 34 yaşlı Or Levidir.
“Associated Press” agentliyinin məlumatına bu, yanvarın 19-da tərəflər arasında atəşkəs qüvvəyə mindikdən sonra beşinci girov mübadiləsidir. Bu müddət ərzində 18 israilli girov və 550-dən çox fələstinli məhbus azad edilib. Bugünkü mübadilə çərçivəsində İsrail daha 183 fələstinli məhbusu sərbəst buraxmalıdır.