Goranboy Rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə "Qışlaqda Bir Gün" adlı tədbir keçirilib
Tədbirdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov, idarə və müəssisə rəhbərləri rayon ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.
Tədbirdə qış fəslinə uyğun olan müxtəlif növ kulinariyaların, əl işlərinin, xalçaçılıq sənətinin nümunələri və at yarışları nümayiş etdirilib. Xoş ovqatla keçirilən tədbir daha sonra konsert proqramı ilə davam edib.