Goranboy rayon İcra Hakimiyyətinin başçısının yanında Şuranın növbəti iclası keçirildi.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin rəhbərliyi Şuranın növbəti iclası keçirilmişdir. Şuranın iclasında, rayon İcra Hakimiyyətinin başçısının yanında Şuranın üzvləri, rayonun xidmət sahələrinin rəhbərləri, RİH yanında İctimai Şuranın üzvləri, inzibati ərazi dairələri üzrə nümayəndə və bələdiyyələr, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri və bir qrup rayon fəalları iştirak ediblər İclasdan öncə, rayonda fəaliyyət göstərən “Regin Agro”-nun istehsal etdiyi kənd təsərrüfatı məhsulları nümunələrinə baxış keçirilmişdir. Şurada, “Goranboy rayonunun sosial-iqtisadi sahəsində cari ilin 10 ay ərzində görülmüş işlərin yekununa dair hesabat” dinlənilmiş, “Goranboy rayonunda aqrar sahədə (payız əkinləri ilə əlaqədar) görülmüş işlər haqqında”, “Goranboy rayonunda qanunsuz tikintilərlə bağlı görülmüş işlər barədə”, “Goranboy rayon İcra Hakimiyyətində vətəndaş müraciətlərinə baxılması haqqında”, “Rayon İcra Hakimiyyəti Başçısının aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi tərəfindən ərazilərdə aparılan işlər haqqında”. “Rayon İcra Hakimiyyəti aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi tərəfindən ərazidə aparılan işlər haqqında” və “Qış mövsümünə hazırlıq barədə” məsələlər geniş müzakirə edilmişdir. Qeyd olunan sahələrdə müvafiq işlərin gələcəkdə də icrasını təmin etmək məqsədi ilə Məhərrəm Quliyev tərəfindən müvafiq tapşırıq və tövsiyyələr verilmişdir.
@Patriot News.az