Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov şəhər Telekommunikasiya İdarəsinin yeni rəisi ilə görüşüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə şəhər Telekommunikasiya İdarəsinə yeni təyin olunmuş rəisi Cabbarlı Mirdamət Mirsəadət oğlu ilə görüş keçirib.
Patriot News.az xəbər verir ki, şəhər rəhbəri Mirdamət Cabbarlını yeni təyinatı münasibətilə təbrik edib, ona öz tövsiyələrini verib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Mirdamət Cabbarlı daha əvvəl Bakı şəhər Yasamal rayonu Aztelekom 1 saylı Rabitə xidmətləri mərkəzinin rəisi vəzifəsində çalışıb.