patriotnews.az
http://patriotnews.az

Gəncədə Mülki Müdafiə Qüvvələri ilə Təlim-Məşq Toplantısı Keçirilib

Bu gün, 16:45 Baxılıb: 1

 

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin təşkilatçılığı ilə hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq toplanışı üzrə təlim-məşq toplantısı keçirilib.

Patriot News . az xəbər verir ki, tədbirin məqsədi ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiya vermə hazırlığı səviyyəsinin yoxlanılması, böhran vəziyyətlərində qarşılıqlı fəaliyyətin uzlaşdırılması, yanğınsöndürmə bacarıqlarının təkmilləşdirilməsi və şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.

Təlimdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının bir qrup əməkdaşı da iştirak edib. İştirakçılar nəzəri biliklərlə yanaşı, praktiki tapşırıqları da yerinə yetirərək fövqəladə hallar zamanı düzgün davranış qaydalarını və effektiv fəaliyyət mexanizmlərini nümayiş etdiriblər.

Belə tədbirlər mülki müdafiə qüvvələrinin peşəkar hazırlığının artırılmasına və fövqəladə hallara qarşı mübarizədə effektivliyin təmin olunmasına mühüm töhfə verir.  

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930