patriotnews.az
http://patriotnews.az

Samux rayon İcra Hakimiyyətinin başçısı Alıuşağı kəndində səyyar görüş keçirib

25-04-2025, 18:35 Baxılıb: 32

 

Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev Alıuşağı kənd sakinləri ilə səyyar qəbul-görüş keçirib.   Patriot News.az xəbər verir ki, görüş kəndin poçt binasının qarşısında təşkil olunub.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, şəhid ailələri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Firdovsi Əliyev görüş zamanı bildirib ki, belə səyyar görüşlər Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən keçirilir və bu görüşlər ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımların bir hissəsidir. O, dövlət və vətəndaş münasibətlərinin davamlı inkişaf etdiyini, bu siyasətin ölkənin hərtərəfli tərəqqisinə şərait yaratdığını qeyd edib.

Görüş çərçivəsində kənd sakinlərinin müraciət və təklifləri dinlənilib. Alıuşağı kəndində içməli su problemi və digər məsələlər müzakirə olunub. İcra başçısı aidiyyəti qurumların nümayəndələrinə yerində müvafiq tapşırıqlar verib.  

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30