patriotnews.az
http://patriotnews.az

Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov 30 nömrəli tam orta məktəbdə vətəndaşlarla görüşüb.

5-12-2024, 05:30 Baxılıb: 2

Patriot News.az-ın bölgə müxbirinin məlumatına əsasən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 30 nömrəli tam orta məktəbdə növbəti dəfə vətəndaşlarla görüş keçirib. 
Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Müraciətlər arasında maddi yardım, işlə təminat, fərdi yaşayış evinin təmirinə köməklik göstərilməsi və digər məsələlər yer alıb. Şəhər rəhbəri sakinlərin səsləndirdikləri məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib. Bir sıra məsələlər isə araşdırılaraq, həll edilməsi üçün qeydiyyata alınıb.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər bundan sonra da davam etdiriləcək. 

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031