patriotnews.az
http://patriotnews.az

"Vətənimsən Azərbaycan” adlı müsabiqənin test mərhələsi keçirilib.

1-12-2024, 20:30 Baxılıb: 7

 

Dekabrın 1-də ADA Qazax Mərkəzinin təşkilatçılığı ilə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsini əhatə edən ümumi təhsil müəssisələrinin 9-cu sinifləri arasında “Vətənimsən Azərbaycan” adlı müsabiqənin test mərhələsi keçirilib.

Test mərhələsində şagirdlərə Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ana dili və ədəbiyyatı üzrə ümumillikdə 75 sual təqdim edilib.

Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin Azərbaycançılıq ruhunda tərbiyə olunması, ölkəmizin tarixi, ana dili və ədəbiyyatı, coğrafiyası, mədəniyyəti sahəsində biliklərini üzə çıxarmaq, həmçinin şagirdlərin komanda şəklində çalışmaq bacarıqlarını artırmaqdır.

Müsabiqənin test mərhələsində 151 nəfər şagird iştirak edib. 

@Patriot News.az

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30