Gəncədə dövlət qurumunun rəhbəri öz ərizəsi əsasında vəzifəsindən uzaqlaşdırıldı.
Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi işdən azad olunub.
"Patriot News.az bölgə müxbiri xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.
Əmrə əsasən, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov tutduğu vəzifədən azad edilib. Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə yeni təyinat yoxdur.
Qeyd edək ki, Pərvin Kazımov sözügedən vəzifəyə cari ilin mart ayında təyin olunub.