Gəncə məktəbliləri Riyaziyyat Olimpiadasından medallarla qayıdıblar
Gəncə şagirdləri olimpiadalarda iştirak edərək yüksək nəticələr əldə ediblər.
Patriotneew.az məlumat verir ki, Gəncə şəhər 21 nömrəli tam orta məktəbin 9a sinif şagirdi Nəzrin Əliyeva Global Olympiad Center tərəfindən Azərbaycanda təşkil olunmuş Beynəlxalq Fermat Riyaziyyat Olimpiadasında qızıl medala layiq görülüb.
Bundan başqa, Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı, Bakı Ali Neft Məktəbinin ev sahibliyi ilə məktəblilərarası IX Fənn Müsabiqələri keçirilib. Bilik yarışında 6 və 7-ci sinif şagirdləri riyaziyyat, informatika, təbiət, kimya, fizika və biologiya fənləri üzrə biliklərini sınayıblar.
Belə ki, Gəncə şəhər Mikayıl Müşfiq adına 14 nömrəli tam orta məktəbin şagirdi Elçin Qasımzadə və Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdi Arif Vəliyev Riyaziyyat-Məntiq olimpiadasında bürünc medal qazanıblar.