patriotnews.az
http://patriotnews.az

Dekabrın 21-də Bakı şəhərində Hilton Hotelində Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyası təşkilatçılığı ilə “Cinayət siyasətinin fəlsəfi-hüquqi məsələləri " mövzusunda beynəlxalq konfrans keçirilib

21-12-2024, 18:59 Baxılıb: 356

 

Patriot News . az-ın məlumatına əsasən ,öncə Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti hüquq elmləri doktoru, professor İlham Rəhimov konfrans iştirakçılarını salamlayaraq onlara gündəlikdə duran məsələləri  catdırdı.

 Konfransda  12 ölkədən 30-dan çox nümayəndəyə heyətı iştirak edirdi.

 Daha sonra hüquq elmləri doktoru, Professor, Saratov Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Problemlərinin Araşdırılması Mərkəzinin direktoru Lopaşenko Natalya Aleksandrovna "Cinayət siyasəti: dərk olunmamış və dərkolunmaz hadisələr haqqında düşüncələr" 
Hüquq elmləri doktoru, professor Ələkbərov Xanlar Cəfərovic" Müasir cinayət siyasətinin təşkilati - hüquqi və fəlsəfi problemləri" mövzusunda məruzələrlə çıxış etdilər.

Məruzələr dinləndikdən sonra konfrans iştirakçıları 
 RF Elmlər Akademiyasının müxbir üzvü, REA Rəyasət Heyətinin üzvü, REA-nın Dövlət və Hüquq institutunun direktoru, hüquq elmləri doktoru, professor Savenkov Aleksandr Nikolayeviç , “Slavyane” Fondunun sədri, hüquq elmləri doktoru, professor Zaxariya Zaxariyev , hüquq elmləri doktoru, Qazaxıstanın əməkdar elm xadimi, Prezident yanında insan hüquqları komissiyasının üzvü Esberqen Orazovic Alauxanov, Serbiyadan hüquq elmləri doktoru, professor Sreto Noqo  çıxış ediblər və mövzu ilə bağlı geniş müzakirələr aparılıb.

Qeyd edək ki, beynəlxalq konfransda Azərbaycanın dövlət qurumlarının təmsilçiləri, Milli Məclisin deputatları, respublikanın tanımış hüquqşünasları, QHT və KİV nümayəndələri eləcə də, Rusiya, Türkiyə, Bolqarıstan, Qazaxıstan, Serbiya, Albaniya , Rumıniya Belorusiya , Yunanıstan, Gürcüstan, Bosniya və Herseqovina  və s. ölkələrdən nüfuzlu hüquqşünaslar iştirak edib.

Təxminən 5 saat davam edən konfransın yekununda hüquq elmləri doktoru, professor İlham Rəhimov yenidən yekdilliklə Bakıda Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqları Assosiasiyasının prezidenti seçilib.

Müəllif: Patriot News.az saytının təsisçisi və baş redaktoru Ceyhun Əliyev.

 

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930