patriotnews.az
http://patriotnews.az

Azərbaycan Respublikası Qarabağ qaziləri Birliyi 20 yanvar faciəsinin şəhidlərinin xatirəsini yad ediblər

21-01-2025, 10:09 Baxılıb: 70

 

Azərbaycan Respublikası Qarabağ Qaziləri Birliyi  xalqımızın həm faciəsi, həm də qəhrəmanlıq salnaməsi kimi yaddaşlara həkk olunan “Qara Yanvar” hadisəsinin  35 - ci ildönümü ilə əlaqədar birinci Şəhidlər xiyabanın ziyarət ediblər.

Patriot News.az xəbər verir ki , Azərbaycan Respublikası Qarabağ Qaziləri Birliyinin rəhbərliyi və üzvləri Şəhidlər xiyabanında  Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının əziz  xatirəsini yad edərək, məzarları önünə gül dəstələri , “Şəhidlər” abidəsinin önünə  əkilill qoyublar.
20 Yanvar hadisəsi milli məfkurənin inkişafına təkan vermiş hadisədir. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Şəhidlərimiz bizə deyir ki, 
  Üç rəngli bayrağımızı salamlayırkən, Xatırayın bizləri, 
Görün bayraq üzərində, 
bizdən qalan izləri!
Bu gün Azərbaycan öz torpaqlarını işğaldan azad edərək, suverenliyini tam bərpa edibdir.
Azərbaycan xalqı və dövləti üçün bu tarixi önəmli gündə bir daha ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenli­yi uğrunda mübarizədə canlarından keçən Vətən övladlarımızın əziz xatirəsini dərin ehtiramla yad edirik.
Şanlı Silahlı Qüvvələrimizlə fəxr edir, dövlətimizin və xalqımızın hər zaman müzəffər olmasını diləyirik!".
Qəhrəman Əsgər və Zabitlərimizin, Şəhidlərimizin, Qazilərimizin canı və qanı bahasına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz əbədi olmasını arzulayırıq! 
Bayrağımız daim yüksək zirvələrdə dalğalansın!
Allah bütün Şəhidlərimizin şəhadətin qəbul, məkanların cənnət, ruhların şad etsin. 

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
1USD  1.7000
1EUR  1.9277
1GBP  2.2560
100RUB  2.0509
1TRY  0.0444