Erməni terrorçunun Xocavənddəki abidəsi söküldü
Ermənilərin "Milli Qəhrəman"ı olan Qaregin Njdenin abidəsi heykəltəraş Armen Petrosyan tərəfindən hazırlanıb. O, 26 sentyabr 2020-ci ildə separatçı rejim tərəfindən Xocavənddə ucaldılmışdı.
Müharibədən sonra rəsmi Bakının tələbi ilə 2021-ci ildə terrorçunun heykəlinin üzərinə örtük çəkilmişdi. İndi isə terrorçunun izi işğaldan azad edilən torpaqlarımızdan tamamilə silinib.