patriotnews.az
http://patriotnews.az

Kann şəhəri kinofestivalın bağlanış mərasimi ərəfəsində işıqsız qalıb

Bu gün, 15:31 Baxılıb: 10

Kann şəhəri kinofestivalın bağlanış mərasimi ərəfəsində işıqsız qalıb

Bu gün səhər saatlarında Fransanın cənub-şərqindəki Sahilyanı Alp (Alpes-Maritimes) bölgəsində irimiqyaslı elektrik kəsilməsi baş verib və Kann şəhəri kinofestivalın bağlanış mərasimindən bir neçə saat əvvəl işıqsız qalıb.

Regionun qərb hissəsi irimiqyaslı elektrik enerjisi kəsintisi ilə üzləşib. Enerji xidmətləri fəsadların aradan qaldırılması üzərində işləyir. Səlahiyyətlilər vətəndaşları hərəkət zamanı diqqətli olmağa çağırıb.

KİV yazır ki, elektrik kəsintisi yerli vaxtla səhər saat 10 radələrində başlayıb. Qəzaya səbəb “Enedis” şəbəkəsindəki nasazlıq olub.

İnsident Kann Film Festivalına da təsir edib. Hadisə yerində olan jurnalistlərdən birinin verdiyi məlumata görə, yoxlama prosesi müvəqqəti olaraq dayandırılsa da, sonradan bərpa edilib. Təşkilatçılar Festivallar Sarayında film nümayişlərinin ehtiyat generator sayəsində davam etdirildiyini açıqlayıb.

Kann bələdiyyəsi enerji təchizatının gündüz saatlarında bərpa ediləcəyinə ümid edir. Enerji kəsintisinə görə işıqforlar işləmir, yollarda hərəkəti şəhər polisi tənzimləyir.

Şəhərdə internet də kəsilib. Məlumata görə, internet kəsintisi Kanndan 10 km aralıda yerləşən Antib şəhərini də əhatə edib. 

Kann Film Festivalının bağlanış və mükafatlandırma mərasimi bu gün axşam Festivallar Sarayında keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031