Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi oldu
Məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Qeyd olunub ki, Kiyev 307 rus hərbi qulluqçusunu geri qaytarıb.
Əvəzində 307 Ukrayna Silahlı Qüvvələrinin hərbi əsiri qarşı tərəfə təhvil verilib.
“Hazırda rus hərbi qulluqçuları Belarus Respublikasının ərazisindədir və onlara zəruri psixoloji və tibbi yardım göstərilir. Bütün rus hərbi qulluqçuları müalicə və reabilitasiya məqsədilə Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrinə çatdırılacaq.Mübadilə prosesi davam etdiriləcək”, - açıqlamada vurğulanıb.