İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi sığortaçı seçib
Tenderin qalibi "Meqa Sığorta" ASC-dir.
Qalib şirkətə 51,51 min manat ödəniləcək.
Satınalma çərçivəsində 102 əməkdaş üçün tibbi sığorta paketi əldə ediləcək.
Xatırladaq ki, İKTA Azərbaycan Prezidentinin 2021-ci il 11 oktyabr tarixli Fərmanı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində tənzimləyici qurum kimi təsis edilib. Onun nizamnaməsi 2022-ci il 21 oktyabrda təsdiq edilib və 2022-ci ilin dekabr ayından funksional fəaliyyətə başlayıb.
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.