patriotnews.az
http://patriotnews.az

Ağstafada minik maşını aşıb, sürücü xəsarət alıb

22-12-2024, 12:00 Baxılıb: 39

Ağstafada minik maşını aşıb, sürücü xəsarət alıb

Ağstafada minik avtomobili aşıb, xəsarət alan var.

Hadisə bu gün səhər saat 07 radələrində Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib. Belə ki, Qazax rayon sakini 70 yaşlı Rahil Mehrəliyev idarə etdiyi avtomobil ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30