patriotnews.az
http://patriotnews.az

BDYPİ-nin Texniki Müayinə Mərkəzləri fasiləsiz işləyir

2-01-2025, 12:18 Baxılıb: 2

BDYPİ-nin Texniki Müayinə Mərkəzləri fasiləsiz işləyir

DİN-in Baş DYP İdarəsinin Texniki Müayinə Mərkəzləri bayram günlərində fasiləsiz iş rejimində 24 saat fəaliyyət göstərir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 31 dekabr – 5 yanvar tarixlərinin qeyri-iş günləri olmasına baxmayaraq, texniki baxış məntəqələri sürücülərə xidmət göstərir.

Bayram günlərində vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Bakının Sabunçu və Qaradağ rayonlarında (Sədərək Ticarət Mərkəzinin yanı) yerləşən müayinə mərkəzləri və respublikаnın digər rаyonlаrındаkı texniki baxış mərkəzləri 24 saat fasiləsiz iş rejimində sürücülərə xidmət edir.

Əlavə məlumat almaq üçün sürücülər və nəqliyyat vasitələrinin sahibləri 012-590-71-13 və ya 099-810-09-02 nömrələri ilə əlaqə saxlaya bilərlər.

Sürücülər texniki baxışdan keçmək üçün qeyd edilən ünvanlara istənilən zaman yaxınlaşa bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930