patriotnews.az
http://patriotnews.az

"Xocalı - qanla yazılmış unudulmayan tarix" adlı anım tədbiri keçirilib

22-02-2025, 13:30 Baxılıb: 23

 

Gəncə Maarif Evində Xocalı soyqırımının 33-cü ildönümünə həsr edilmiş "Xocalı - qanla yazılmış unudulmayan tarix" adlı anım tədbiri keçirilib.
Patriot News.az xəbər verir ki, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi, Gəncə Gənclər Evi  və Gəncə Maarif Evinin birgə təşkilatçılığı, rəsmi qonaqların və gənclərin iştirakı ilə 21 fevral 2025-ci ildə "Xocalı - qanla yazılmış unudulmayan tarix" adlı anım tədbiri təşkil edildi. 
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Gəncə-Daşkəsən RGİİ-n sektor müdiri R.Əlizadə, Gəncə Maarif Evinin rəhbəri İ.Vəliyev, Prezident mükafatçısı E.Həsənov,  GDU-n Ümumi tarix kafedrasının dosenti B. Məhərrəmov çıxış edərək 1992-ci il fevralın 25-dan 26-na keçən gecə Xocalıda törədilən faciədə Azərbaycan xalqının başına gətirilən müsibətlərdən, bu kütləvi qırğında yüzlərlə insanın vəhşicəsinə qətlə yetirilməsindən, yandırılmasından və girov götürülməsindən danışıblar. Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər barədə söhbət açıblar.
Çıxış edənlər vurğulayıb ki,   Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfər nəticəsində Xocalı soyqırımı qurbanlarının, eləcə digər şəhidlərimizin qanı yerdə qalmadı.  2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan tamamilə təmizləndi. Dövlət başçısı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltmaqla soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını bir daha sübuta yetirdi.
Tədbir diskussiya xarakterli davam edib. Gənclərin fikirləri və tarixi hadisələrə yanaşmaları vətənpərvərlik hisslərinin nə qədər böyük olduğununun göstəricisi idi. 
Tədbir müddətində Xocalı soyqırımına həsr edilən “Xocalı soyqırımı” sənədli film nümayiş olunub.
Tədbirin sonunda Gəncə Gənclər Evinin istedadlı gənclərinin ifasında  Xocal faciəsinə həsr edilmiş səhnəçik nümayiş olunub.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031