XİN başçısı: Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi 500 milyon dolları ötüb
Bu barədə Azərbaycan XİN başçısı Qazaxıstan xarici işlər naziri ilə birgə mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, Qazaxıstan-Azərbaycan Fondunun ilkin nizamnamə kapitalı 300 milyon ABŞ dolları təşkil edəcək:
"Bu fondun yaradılması iki ölkə arasında investisiya layihələrinin icrasına əhəmiyyətli töhfə verəcək. Bunun yanaşı, yüksək səviyyəli dövlətlətarası əlaqələrimizi, aktiv siyasi dialoqumuzu nəzərə alaraq, iqtisadi əməkdaşlığıq potensialının tam reallaşdırılması üçün səylərimizi artırmalıyıq”.