patriotnews.az
http://patriotnews.az

Samux rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam etdirilir.

7-12-2024, 15:22 Baxılıb: 0

 

Samux rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam etdirilir. Patriot News.az-ın bölgə müxbiri xəbər verir ki , Samux Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq  keçirilən növbəti ağacəkmə aksiyası Ziyadlı və Sərkar kəndlərinin inzibati ərazisində, Samux-Kür yolunun kənarında təşkil olunub. 

Ağacəkmə aksiyasında RİH-nin əməkdaşları, idarə müəssisə və təşkilatların kollektivləri, eləcə də gənc könüllülər avtomobil yolunun kənarına yerli iqlim şəraitinə uyğun gələn 2 min ədədədək Eldar şamı, xan çinarı, sərv və digər ağaclar əkiblər. 

Aksiya çərçivəsində əvvəl əkilən ağac tinglərinə aqro-texniki qulluq göstərilib və yenidən suvarılması təmin edilib. Qeyd edək ki, əkilən ağacların suvarılması üçün müasir damcılı suvarma sistemi çəkilib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30