Gəncəli idmançılar Polşadan medallarla qayıdırlar
Polşanının Mikolov şəhəhərində Ciu-citsu üzrə 13-cü Dünya çempionatı keçirilib.
Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin məlumatına görə , ölkəmiz turnirdə 6 nəfərdən ibarət heyətlə təmsil edilib. Komandanın tərkibində Gəncə şəhərinin idmançıları Ramin Yusifov və Rafiq Qəmbərov yarışda mübarizə aparıblar.
Çempionatda Ramin Yusifov veteran idmançılar arasında 70 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medala, Rafiq Qənbərov isə yeniyetmələr arasında 55 kq çəki dərəcəsində bürünc medala layiq görülüblər.
@Patriot News.az