patriotnews.az
http://patriotnews.az

Bakıda "Çempionların Savaşı"nda rapid mərhələsi başa çatdı

30-04-2025, 10:00 Baxılıb: 1

 

Bakıda keçirilən şahmat üzrə “Çempionların Savaşı” turnirində rapid mərhələsinə yekun vurulub.

Kişilər arasında Azərbaycan çempionu Rauf Məmmədov, FIDE Dünya çempionu Rüstəm Kasımcanovla (Özbəkistan) qarşılaşıb. Rapid partiyalarının nəticəsinə əsasən Məmmədov rəqibini 4:2 hesabı ilə məğlub edib.

Qadınların mübarizəsində isə Azərbaycan çempionu Günay Məmmədzadə, dünya və Avropa çempionu Antoaneta Stefanovaya (Bolqarıstan) qarşı üstünlük qazanıb – 3,5:2,5.

Qeyd edək ki, turnirin ümumi qalibi rapid və blits mərhələlərinin nəticələrinə əsasən müəyyən olunacaq.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30