patriotnews.az
http://patriotnews.az

İmaməddin dünyanın ən yaxşısı seçildi

4-12-2024, 20:10 Baxılıb: 0

Paralimpiya çempionumuz İmaməddin Xəlilov Dünya Taekvondo Federasiyası (WT) tərəfindən 2024-cü ilin ən yaxşı kişi parataekvondoçusu adına layiq görülüb.

Bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Bu il ərzində iştirak etdiyi bütün turnirlərdə qızıl medal qazanan idmançımız Paralimpiya, dünya və Avropa çempionu titullarına yiyələnib. O, həmçinin dünya reytinqinin hazırkı lideridir.

Parataekvondoçumuza mükafat Honkonqda keçirilən qala gecəsində təqdim olunub.

Qeyd edək ki, idmançımız bu ada Dünya Taekvondo Federasiyasının Texniki Komissiyasının yekdil rəyi əsasında layiq görülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30