patriotnews.az
http://patriotnews.az

Gəncə Dövlət Milli Dram Teatrı "Bölgə teatrlarının Bakı premyeraları" layihəsində iştirak edib

6-02-2025, 15:30 Baxılıb: 15

 

Patriot News.az məlumat verir ki, 29 Oktyabr 2024-cü il tarixindən etibarən Akademik Milli Dram Teatrı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Televiziyasının dəstəyi ilə "Bölgə teatrlarının Bakı premyeraları" layihəsinə başlayıb. 
 
Layihənin budəfəki qonağı Gəncə Dövlət Milli Dram Teatrı olub. 05 fevral 2025-ci il tarixində türk yazıçısı Birgül Yeşiloğlu Gülerin əsəri əsasında rejissor Elşad Əhmədovun quruluş verdiyi "Qadınlar danışsalar..." tamaşası uğurla nümayiş olunub.
 
Tamaşanın nümayişindən sonra Akademik Milli Dram Teatrının Bədii rəhbəri, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə Gəncə Dövlət Milli Dram Teatrının baş rejissoru və tamaşanın quruluşcu rejissoru Elşad Əhmədova Akademik Milli Dram Teatrının diplomunu təqdim edib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30