patriotnews.az
http://patriotnews.az

Pediatrı Gülay Quliyeva haqqında məlumatları təqdim edirik.

12-02-2025, 14:45 Baxılıb: 47

 

“Həkimlərimizi tanıyaq” rubrikamızda bu dəfə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Adilxanlı Ailə Sağlamlıq Mərkəzinin (ASM) ailə həkimi-pediatrı Gülay Quliyeva haqqında məlumatları təqdim edirik.

Quliyeva Gülay Yusif qızı 10 dekabr 1985-ci ildə Gəncə şəhərində anadan olub. 2006-2012-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. Elə həmin ildə Gəncə şəhər 4 saylı Uşaq poliklinkasında sahə həkimi-pediatr vəzifəsində çalışmağa başlayıb. 

Gülay Quliyeva hazırda Adilxanlı ASM-də ailə həkimi-pediatr kimi fəaliyyətini davam etdirir.  

Gülay Quliyeva “Pediatriyanın aktual problemləri”, “Vərəmin aşkarlanması, nəzarətli müalicə və profilaktikasında ilkin səhiyyə xidmətinin rolu”, UNİCEF-in təşkil etdiyi “İnkişafın dəstəklənməsi və izlənməsi üzrə beynəlxalq rəhbərlik”, “Neonatologiya və pediatriyada endokrin problemlər”, “İnsult keçirmiş xəstələrin reabilitasiyasına yeni yanaşma” adlı konfranslarda, eyni zamanda “ÇİYAD” kursunda iştirak edib. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031