patriotnews.az
http://patriotnews.az

26 noyabr Gəncədə növbəti yaşıllaşdırma aksiyası keçirilib

26-11-2024, 16:52 Baxılıb: 12

 

Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsi tərəfindən “Yaşıl Dünya naminə Həmrəylik İli” çərçivəsində Gəncədə növbəti ağacəkmə aksiyası keçirilib.

Üzeyir Hacıbəyov küçəsinin sağ və sol hissəsinə yerli iqlim şəraitinə uyğun Eldar şamının tingləri əkilib. MKTİB-nin gülçülük və tingçilik təsərrüfatında yerli mütəxəssislər tərəfindən yetişdirilən fidanlar, əkildikdən sonra onlara aqrotexniki qulluq göstərilib, mövcud yaşıllıq zolağının suvarılması təmin edilib. Qeyd edək ki, Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən şəhər ərazisinin yaşıllaşdırma aksiyası payız mövsümünün sonuna qədər davam edəcəkdir. @Patriot News.az

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30