patriotnews.az
http://patriotnews.az

Azərbaycanda ən uzunömürlü insanlar rayonlarda yaşayır

9-12-2024, 09:07 Baxılıb: 3

Xəbər verdiyimiz kimi, ötən il Azərbaycanda  gözlənilən ömür uzunluğu 76 ilə bərabər olub.

Patriot News.az  xəbər verir ki, kişilər üçün gözlənilən ömür uzunluğu 73,5 il, qadınlar üçün isə 78,4 il müəyyən edilib.

Qeyd edək ki, Azərbaycanda gözlənilən ömür uzunluğunun ən çox olduğu rayon Abşeron rayonu hesab edilir. Abşeron rayonunda gözlənilən ömür uzunluğu 82,7 ilə bərabər olub. 

Gəncədə isə gözlənilən ömür uzunluğu 74,9 ilə bərabər olub.

Ən aşağı gözlənilən ömür uzunluğu isə Daşkəsən rayonunda olub. Bu rayonda gözlənilən ömür uzunluğu 72,3 il təşkil edib.

Onu da bildirək ki, Azərbaycanda gözlənilən ömür uzunluğunun 80 ildən çox olduğu cəmi 2 rayon var – Abşeron rayonu və Xankəndi şəhəri (81,6 il).  

Xatırladaq ki, gözlənilən ömür uzunluğu hər bir insanın orta hesabla yaşaya biləcəyi illərin sayını göstərir.

Patriot News.az







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930