patriotnews.az
http://patriotnews.az

AKTA-nın təşkilatçılığı ilə “Energetika sektorunda kibertəhlükəsizlik" mövzusunda görüş keçirilib.

11-12-2024, 09:31 Baxılıb: 1

 

Patriot News.az-ın bölgə müxbirinin məlumatına əsasən tədbir çərçivəsində kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi, o cümlədən kibertəhdidlərə qarşı mübarizə sahəsində səlahiyyətli orqanın funksiyalarını icra edən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzi tərəfindən yaradılmış kibertəhdid məlumat mübadiləsi platforması və onun imkanları iştirakçılara təqdim edilib.

Görüş zamanı sahə üzrə normativ tənzimləmə mexanizmlərinin, eləcə də kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində mövcud normativ hüquqi aktların tətbiq olunması, habelə müvafiq strategiya və tədbirlər planının icra olunması, o cümlədən kibertəhdidlərə qarşı mübarizə, kiberinsidentlərin idarə olunması, kibertəhlükəsizlik üzrə yerli məhsul və həllərin hazırlanması, kadr potensialının gücləndirilməsi, məlumat mübadiləsinin və səmərəli əməkdaşlığın təşkili, həmçinin maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar qarşıya çıxan məsələlər ətrafında müzakirələr aparılıb, bir sıra təkliflər səsləndirilib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930