patriotnews.az
http://patriotnews.az

“İşıqlı yol" adlı tədbir keçirilib

11-12-2024, 18:19 Baxılıb: 5

 

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümü ərəfəsində gənclərin iştirakı ilə Gəncədə Heydər Əliyev Mərkəzində “İşıqlı yol" adlı tədbir həyata keçirilib.

Patriot News.az-ın bölgə müxbiri xəbər verir ki,  Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin, Gəncə Gənclər Evi, Gəncə Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbir çərçivəsində Ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib.

Tədbir iştirakçıları Ulu öndərin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ulu öndər Heydər Əliyevin zəngin siyasi fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Rəsmi hissədən sonra tədbir istedadlı gənclərin ifasında  bədii qiraətlə davam etdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930