patriotnews.az
http://patriotnews.az

Vaşinqtonda qəzaya uğrayan təyyarənin qalıqları fevralın 3-də çaydan çıxarılacaq

2-02-2025, 10:00 Baxılıb: 27

Vaşinqtonda qəzaya uğrayan təyyarənin qalıqları fevralın 3-də çaydan çıxarılacaq

ABŞ-nin Vaşinqton şəhərində qəzaya uğrayan “Bombardier CRJ700” sərnişin təyyarəsinin parçaları fevralın 3-dən Potomak çayından çıxarılmağa başlanılacaq.

Bu barədə “Report” “ABC News”a istinadən xəbər verir.

Nəşr qeyd edib ki, ABŞ ordusunun mühəndislər korpusu əvvəlcə təyyarə fraqmentlərinə diqqət yetirəcək, sonra isə “Black Hawk” helikopterinin qalıqlarının quruya qaldırılması üçün işə başlayacaq.

Fevralın 8-nə kimi çaydan böyük parçalar, bundan sonra, digər dağıntılar təmizlənəcək. İşlərin fevralın 12-dək başa çatdırılması planlaşdırılır.

Xatırladaq ki, hadisə yanvarın 30-da baş verib. Vaşinqtonda Ronald Reyqan adına hava limanı yaxınlığında “Black Hawk” hərbi helikopteri ilə Kanzasdan gələn, içərisində 64 nəfərin olduğu sərnişin təyyarəsi toqquşub. Qəza nəticəsində həlak olan 41 nəfərin meyitini tapılıb, onlardan 28-nin şəxsiyyəti müəyyən etmək mümkün olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30