Samuxda Vətən müharibəsi şəhidi Dostuyev Elçin Murad oğlunun xatirəsi doğum günündə böyük ehtiramla yad edilib.
Patriot News.az xəbər verir ki, Samux Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, şəhidin valideynləri, dostları, yaxınları və rayon ictimaiyyəti iştirak edib. Şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub. Məktəblilər şəhidlər haqqında şeirlər deyiblər.
Dostuyev Elçin Murad oğlu 13 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan Dostuyev Elçin Murad oğlu hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, şücaət göstərdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Şəhidlərimizlə qürur duyuruq.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik!