patriotnews.az
http://patriotnews.az

Vətən müharibəsi şəhidi Musayev Ayxan Mehman oğlunun əziz xatirəsi şəhadətinin il dönümündə böyük ehtiramla yad edilib.

29-11-2024, 15:01 Baxılıb: 21

 

Samux Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, şəhidin valideynləri, dostları, yaxınları və rayon ictimaiyyəti iştirak edib. Şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub. Məktəblilər şəhidlər haqqında şeirlər deyiblər.

Musayev Ayxan Mehman oğlu 22 sentyabr 2000-ci il tarixdə Samux şəhərində anadan olub. Gəncə şəhər 6 saylı tam orta məktəbdə təhsil alıb. Həqiqi hərbi xidmətdə olan əsgər kimi bir çox döyüşlərdə fəal iştirak edib, böyük şücaət və qəhrəmanlıq göstərib. 8 noyabr 2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. 28 noyabr 2020-ci ildə xəstəxanada şəhadətə qovuşub. 29 noyabr 2020-ci il tarixdə Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhid  torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən mərdliyin, igidliyin göstərilməsinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda" , "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik!          

@Patriot News.az

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930