patriotnews.az
http://patriotnews.az

Ukraynanın Azərbaycandakı səfirliyində bayraq endirildi - Başsağlığı kitabı açılacaq

7-04-2025, 12:36 Baxılıb: 0

Ukraynanın Azərbaycandakı səfirliyində bayraq endirildi - Başsağlığı kitabı açılacaq


Ukraynanın Azərbaycandakı səfirliyində Rusiya ordusunun Ukraynanın Krivoy Roq şəhərinə hücumu nəticəsində həyatını itirənlərin xatirəsinə başsağlığı kitabı açılacaq.

Bu barədə Ukrayna səfirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycandakı səfirlikdə matəm əlaməti olaraq Ukraynanın dövlət bayrağı yarıya qədər endirilib.

"Ürəyimiz Krivı Roqdakı qurbanlar və Rusiya təcavüzü nəticəsində hər gün itirilən bütün insanlar üçün ağrıyır".

Qeyd edilib ki, başsağlığı kitabı Ukraynanın Azərbaycandakı səfirliyində bu gün saat 14:00-18:00, sabah isə 12:00-18:00 saatları arasında açılacaq. Eyni zamanda, başsağlığı mesajları [email protected] elektron poçtu vasitəsilə də göndərilə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30