patriotnews.az
http://patriotnews.az

GDU-da möhtəşəm elmi konfrans: Heydər Əliyevin 102-ci ildönümünə həsr olundu!

26-05-2025, 14:49 Baxılıb: 146

 

Gəncə Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Təbiət və sosial elmlər sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Tədbir Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş kitab və rəsm sərgisinə baxışla başlayıb. Dövlət Himni səsləndirilib, şəhidlər və Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Heydər Əliyevin siyasi irsinə dair videoçarx nümayiş etdirilib.

Konfransın açılışında GDU-nun rektoru Yusif Yusibov çıxış edərək Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində müstəsna xidmətlərindən danışıb, onun ideyalarının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O bildirib ki, Azərbaycanın regional liderə və suveren dövlətə çevrilməsi məhz bu siyasi irsin davamıdır.

Patriot News.az xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev konfrans iştirakçılarını Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramovun adından salamlayıb və onlara uğurlar arzulayıb. O, iqlim dəyişikliyi kimi qlobal problemlərin həlli məsələsində Azərbaycanın fəal iştirakını vurğulayaraq, COP29-un Bakıda keçirilməsinin ölkəmizin beynəlxalq nüfuzunu bir daha təsdiqlədiyini qeyd edib.

Konfransa Türkiyə, Rusiya, Qazaxıstan, Tacikistan, Özbəkistan, Gürcüstan və digər ölkələrdən tanınmış alimlər, elmi-tədqiqat institutlarının rəhbərləri, gənc tədqiqatçılar və tələbələr qatılıb. Natiqlər konfransın mövzusunun aktuallığını qeyd edərək, təqdim olunacaq elmi məruzələrin qlobal ekoloji və sosial problemlərin həllinə mühüm töhfə verəcəyinə əminliklərini bildiriblər.

Konfrans çərçivəsində 16 bölmədə elmi məruzələr dinlənilib, müasir kimya, biologiya, fizika, aqrar və sosial elmlərin aktual problemlərinə dair 500-dən çox elmi məqalə 5 cildlik kitab şəklində nəşr olunub.

 
@Patriot News.az







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30