patriotnews.az
http://patriotnews.az

Gəncədə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş regional konfrans keçirilib

27-05-2025, 09:25 Baxılıb: 30

 

Azərbaycan Ağsaqqallar Şurası və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə Gəncə şəhərində 28 May – Müstəqillik Günü ərəfəsində “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan Respublikasının, Konstitusiyasının və suverenliyinin banisidir” mövzusunda regional konfrans keçirilib.

Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmiləri, Qərb bölgəsi üzrə Azərbaycan Ağsaqqallar Şurasının üzvləri, YAP Gəncə şəhər təşkilatının nümayəndələri, Qarabağ qaziləri İctimai Birliyinin Gəncə filialının üzvləri, ağsaqqallar, ziyalılar, müəllim və tələbələr iştirak ediblər.

Azərbaycan Dövlət Aqrar Universitetinin inzibati binasında keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Patriot News.az xəbər verir ki, natiqlər çıxışlarında Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqillik tarixində oynadığı əvəzsiz roldan bəhs ediblər. Qeyd olunub ki, 1990-cı il noyabrın 17-də Naxçıvanda Ümummilli Liderin qətiyyəti sayəsində üçrəngli bayrağımızın rəsmi olaraq qaldırılması ölkənin müstəqillik yolunda mühüm dönüş nöqtəsi olub. Çıxışlarda həmçinin vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin müəyyən etdiyi strateji xəttin davam etdirilməsi nəticəsində Azərbaycanın müstəqilliyi möhkəmlənir, dövlətimizin qüdrəti artır, beynəlxalq nüfuzu yüksəlir.

Konfrans digər iştirakçıların çıxışları və müzakirələrlə davam edib.

 
@Patriot News.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30