Goranboyda, “Gender zorakılığına qarşı mübarizənin davam etdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilmişdir
Patriot News.az-ın bölgə müxbirinin məlumatına əsasən Goran qəsəbə orta məktəbində, “Gender zorakılığına qarşı mübarizənin davam etdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə, Goranboy RİH və Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzinin məsul şəxsləri, müəllim və şagirdlər iştirak etdilər. Tədbirdə insan hüquqlarının daha səmərəli təmini ilə əlaqədar fikirlər və təkliflər söylənildi, zorakılığa qarşı ilk növbədə ailələrdə və məktəblərdə maariflənmə işlərinin davam etdirilməsi vurğulandı.