patriotnews.az
http://patriotnews.az

Azərbaycan Tarixinin ilk dövləti

23-11-2024, 21:12 Baxılıb: 11

 

Qədim Manna dövləti

Azərbaycanın çox qədim dövlətçilik ənənələri
vardır.Azərbaycan tarixində ilk dövlət eramızdan
əvvəl 9-cu əsrdə Urmiya gölü ətrafında
yaranmışdır.Bu dövlətimizin adı Mannadır.Manna
dağlıq bir ölkə olmuşdur.Əhalisi əsasən əkinçilik və
maldarlıqla məşğul olmuşdur.Eyni zamanda
Mannada əhali sənətkarlıq və ticarətlədə məşğul
olmuşdurlar.Manna ictimai-siyasi quruluşuna görə
quldar-monarxiya dövləti olmuşdur.Manna
dövlətinin adına ilk dəfə eramızdan əvvəl 843-cü
ildə Assuriya hökmdarı 3-cü Salmanasarın mixi
yazılı kitabəsində rast gəlinmişdir.Mənbələrdə
adına rast gəlinən ilk Manna hökmdarı Udaki
olmuşdur.Manna dövlətinin ən qüdrətli hökmdarı
İranzu(Yanzu)olmuşdur.İranzu Mannanı
mərkəzləşdirilmiş bir dövlətə çevirmişdir.Bu
dövlətin paytaxtı möhkəm qala divarları ilə əhatə
olunmuş “padşahlıq şəhəri”adlandırılan İzirtu
olmuşdur.Mannada əhali dörd sosial təbəqəyə
bölünmüşdür.Əhali dini baxımdan
bütpərəst(çoxtanrılı)olmuşdur
Ay,günəş,yağış və külək tanrılarına sitayiş
etmişdilər.Manna əhalisi ən qədim yazılar olan
heroqlif və mixi yazılardan istifadə etmişdilər.
Manna dövləti haqqında bir çox dəyərli kitablar
yazılmışdır.Bu əsərlərdən biri də tarixçi Solmaz
Qaşqayın yazdığı”Manna dövləti”adlı kitabıdır.
İlk dövlətimiz olan Mannanın varlığına eramızdan
əvvəl 590-ci ildə Midiya dövləti tərəfindən son
qoyulmuşdur.
Qədim dövlətçilik tariximizlə qürur duyuruq.
Məqaləni hazırladı:PATRİOT NEWS.AZ saytının
Gəncə şəhəri və Qərb bölgəsi üzrə xüsusi müxbiri
Fərman Ceyhunoğlu






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930