patriotnews.az
http://patriotnews.az

Bakı metrosuna 20 vaqon VERİLƏCƏK

10-01-2025, 12:45 Baxılıb: 0

Bakı metrosuna 20 vaqon VERİLƏCƏK
“Bakı Metropoliteni” QSC tərəfindən Bakıya 150 ədəd yeni nəsil vaqon gətirilərək, istifadəyə verilib. Nəticədə metroda vaqonların yarısı yeni nəsil vaqonlardır.
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar mövzusunda keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib.
Nazir müavini qeyd edib ki, bu il Bakı metrosuna 20 ədəd yeni nəsil vaqon gətirilməsi planlaşdırılır.
Onun sözlərinə görə, ötən illərdə Bakıda 7 metrostansiya, 1 ədəd depo inşa edilərək istifadəyə verilib: “Dəmir yolu sahəsində də işlər görülüb. İnşa edilən dəmir yollarının uzunluğu və modernizasiya olunan xətlər 1500 kilometri ötüb”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30