patriotnews.az
http://patriotnews.az

Bu gün ermənilərin Bakıda növbəti məhkəməsi keçiriləcək

27-01-2025, 09:04 Baxılıb: 33

Bu gün ermənilərin Bakıda növbəti məhkəməsi keçiriləcək

Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam edəcək.

Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

Bu gün ötən prosesdə verilən vəsatətlər üzrə qərarlar elan ediləcək. Daha sonra işin məhkəmə baxışına verilib-verilməməsi məsələsi müzakirə olunacaq.

Qeyd edək ki, ötən prosesdə Arayik Harutyunyandan savayı digər təqsirləndirilən şəxslər barələrində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsini xahiş etmişdilər. Zərərçəkmiş şəxslər və dövlət ittihamını müdafiə edən prokurorlar isə vəsatətin təmin olunmamasını və təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsini məhkəmədən istəyib.

Məhkəmə vəsatətlərlə bağlı qərar qəbul etmək üçün prosesdə fasilə elan edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930